ƏMLAK

“Daşınmaz Əmlak” jurnalının 64-cü sayı hazırdır
12 APREL
275

“Daşınmaz Əmlak” jurnalının 64-cü sayı hazırdır

2016-04-12 15:04:00

Əmlak Məsələləri Dövlət Komitəsinin analitik informasiya bülleteni olan “Daşınmaz Əmlak” jurnalının 64-cü sayı nəşr olunub. Jurnal komitənin fəaliyyət sahələri üzrə həyata keçirdiyi tədbirlər, tətbiq etdiyi yenilikləri əhatə edir. Torpaq idarəçiliyi və daşınmaz əmlaka dair ölkə daxilində və xaricində ən mühüm xəbərlər, hüquqi və iqtisadi dəyişikliklər, xarici ölkələrin daşınmaz əmlak sahəsində təcrübəsi barədə maraqlı yazıları özündə əks etdirir.

Bu dəfəki nömrə “Torpaq münasibətlərində mühüm yenilik” başlığı altında olan məqalə ilə başlayır. Yazı 07 mart 2016-cı il tarixli “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı və bu Fərmanla təsdiq olunan respublikada torpaqların elektron kadastr uçotu sisteminin yaradılması Qaydalarına həsr olunub. Məqalədə Fərmanın məqsədi və əhəmiyyəti, Torpaqların Elektron Uçotu Sisteminin yaradılması müddəti və prosedurları, torpaqların təyinatı, məqsədli istifadəsi, torpaq xəritələri və digər məsələlərə toxunulub.

Jurnalın yeni sayında komitə sədri tərəfindən Samuxda keçirilmiş vətəndaş qəbulu, Tacikistanın qeydiyyat və kadastr üzrə nümayəndə heyətinin ölkəmizə səfəri, torpaq monitorinqləri barədə yazılar yer alıb. Məqalələrin bir qismi komitənin yeni hüquqi məsləhət xidmətləri, Bakı və Xaçmazda keçirilmiş “Kütləvi çıxarış” kampaniyaları haqqındadır. Bu məqalələri oxumaqla, komitənin yenicə start götürən təmənnasız hüquqi yardım xidmətləri, belə xidmətlərin vətəndaşa verdiyi faydalar barədə geniş məlumat almaq olar. Həmçinin, “Kütləvi çıxarış” kampaniyasının özəlliyi, kampaniyadan istifadə qaydası, indiyədək keçirildiyi şəhər və rayonlar barədə də məlumatlar yer alıb. Jurnalda əmlak girovu, ipoteka məhdudiyyəti, elektron və onlayn xidmətlər vasitəsilə çıxarış üçün müraciət, kommersiya obyektləri bazarının icmalı barədə maraqlı yazılar əksini tapıb.

Bunlarla yanaşı, daşınmaz əmlak bazarının aylıq dinamikası, maliyyə və tikinti xidmətləri, daşınmaz əmlaka dair reytinqlər, təhlillər və statistik diaqramlar verilir. Habelə, daşınmaz əmlakın sosial-iqtisadi əhəmiyyəti barədə məlumatlar, yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi haqqında faydalı məsləhətlər, daşınmaz əmlakla bağlı sual-cavablar da yer alır.

Jurnal geniş kütlə üçün nəzərdə tutulub. Media nümayəndələri jurnala istinad edərək komitənin fəaliyyəti barədə müxtəlif məlumatlardan istifadə edə və paylaşa bilər. Əlavə məlumat almaq üçün isə komitənin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlaya bilərlər:

(012) 490 24 08 (daxili 111).     

Jurnalın elektron versiyaları ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz: 

http://www.emdk.gov.az/images/pdf/Jurnal/jurnal64.pdf

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272