DÜNYA

ABŞ Türkiyə üçün sanksiyaların şərtlərini AÇIQLAYIB
11 OKTYABR
237

ABŞ Türkiyə üçün sanksiyaların şərtlərini AÇIQLAYIB

2019-10-11 12:11:00

Vaşinqton əməliyyatı yaxından izlədiyini bildirib. ABŞ hökuməti hələlik Ankaranı cəzalandırmaq üçün səbəb görmür.

Fins.az-ın məlumatına görə,Türkiyə Suriyanın şimal-şərqində hərbi əməliyyat zamanı mülki şəxslərə qarşı “insanlıqdan uzaq və uyğunsuz hərəkətə” yol versə, ABŞ cəza tədbirləri həyata keçirəcək. Bu barədə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsinə istinadən “Reuters” agentliyi xəbər verir.

Mənbə qeyd edib ki, bu cür fəaliyyət altında “etnik təmizləmə, havadan və ya başqa vasitələrlə mülki əhalinin nizamsız şəkildə atəşə tutulması” nəzərdə tutulur. “Diqqətlə izləyirik. Hələlik buna uyğun nümunə görməmişik”, - deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.

Xatırladaq ki, Ankara bu həftə Suriyanın şimalında – suriyalı kürdlərin, o cümlədən Türkiyənin terror qruplaşması hesab etdiyi YPG qüvvələrinin nəzarətində olan regionda quru əməliyyatına başlayıb. Prezident Rəcəb Tayyip Ərdoğanın sözlərinə görə, buna Vaşinqtonun regionda təhlükəsizlik zonasının yaradılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi səbəb olub. ABŞ YPG qüvvələrini İŞİD ilə mübarizədə müttəfiq kimi nəzərdən keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır