DÜNYA

ABŞ -la Çin arasında yeni ticari gərginlik
10 OKTYABR
83

ABŞ -la Çin arasında yeni ticari gərginlik

2019-10-10 15:11:00

FED rəhbəri Povel çıxışı birjalarda ciddi dalğalanma yaranmasına səbəb olmadı, çünki investorların diqqəti daha çox Amerika Çin münasibətlərinə yönəlib.

Fins.az xəbər verir ki, çərşənbə günü Amerikada FED rəhbəri Povel çıxışı zamanı monetar siyasətin yumşaldılma prosesinin və istiqraz alışı proqramının davam etdirilməsinın önəmliliyindən danışdı. Əlavə olaraq, FED üzvlərindən bir neçəsi çıxışları zamanı faiz endiriminə gedilməsinin önəm daşıdığını və lazımi inflyasiya hədəfinə bu formada nail olunacağını qeyd etdilər. Lakin bu fikirlər birjalarda ciddi dalğalanma yaranmasına səbəb olmadı, çünki investorların diqqəti daha çox Amerika Çin münasibətlərinə yönəlib. 

Dünən gecə saatlarında məlumat yayımlandı ki, bu həftənin əvvəlində ÇXR Dövlət Şurasının baş nazirinin müavini Liu He başda olmaqla Çin nümayəndə heyəti, danışıqların ilk günündən sonra Vaşinqtondan geri qayıdıblar. 

İnvestorlar bu açıqlamanı ABŞ-Çin münasibətlərinin yenidən pisləşməsi kimi dəyərləndiridilər. 

Bu səbəbdən gecə saatlarında təhlükəsiz maliyyə alətlərinə tələb artdı. 

Bunun zəminində qızıl 1517 dollara kimi bahalaşdı. Daha sonra yenidən əvvəlki qiymətlərə qədər eniş edən qiymətlər, yeni məlumatların açıqlanmasına fokuslanıb. 

Qiymətlər 1517 dollar hədəfini qırıb üzərində möhkəmlənə bilsə, bahalaşmanın 1525-1535 dolları kimi davam etməsi proqnozlaşdırılır.

Əks halda, qiymətlər yenidən 1485 dollara kimi ucuzlaşa bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır