DÜNYA

Trampla Ərdoğanın telefon danışığında yeni detal ortaya çıxdı
09 OKTYABR
89

Trampla Ərdoğanın telefon danışığında yeni detal ortaya çıxdı

2019-10-09 12:12:00

Bir neçə gün öncə ABŞ və Türkiyə Prezidentləri arasında baş tutan telefon danışığının təfərrüatları məlum olub. Fins.az  xəbər verir, Donald Trampla Rəcəb Tayyib Ərdoğanın telefon söhbətinə ABŞ-ın Müdafiə naziri Mark Esper ilə Baş qərargah rəisi, general Mark Milleyin də qatıldığı ortaya çıxıb.

Qeyd edək ki, sözügedən telefon danışığı Türkiyənin Suriyanın şimalında YPG/PKK-nın mövqelərinə qarşı mümkün hərbi əməliyyatdan öncə 50 amerikalı əsgərin bölgədən çıxarılması ilə bağlı qərara səbəb olub. 

ABŞ KİV-də Trampın verdiyi bu ani qərara Pentaqonun tamamilə hazırlıqsız olduğuna dair xəbərlər yayılmışdı.

Liderlərin əlaqəsindən sonra Ağ Ev mətbuata açıqlamasında Türkiyənin Fəratın qərbində əməliyyat aparacağını, ABŞ-ın bu əməliyyata müdaxilə etməyəcəyini açıqlamışdı.

 

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır