DÜNYA

Tramp Klintonu prezident seçkilərində iştirak etməyə çağırdı
09 OKTYABR
68

Tramp Klintonu prezident seçkilərində iştirak etməyə çağırdı

2019-10-09 08:54:00

ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin eks-başçısı Hillari Klintonu 2020-ci ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd olmağa çağırıb. Fins.az xəbər verir ki, bu barədə o, Tvitterdə yazıb.

"Mən güman edirəm ki, korrupsiya ilə məşğul olan Hillari Klinton bu imkanı solçu Elizabet Uorrendən oğurlamağa çalışmaq üçün yarışa daxil olmalıdır", - deyə Tramp yazıb.

ABŞ prezidenti qeyd edib ki, bu halda o, bir şərti yerinə yetirməlidir - Konqresə çağırışın alınmasından sonra elektron məktubların silinməsinin səbəblərini açıqlamalıdır
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır