DÜNYA

İran alkoqol istehlakına görə dünyada 9-cu yeri tutur
07 OKTYABR
275

İran alkoqol istehlakına görə dünyada 9-cu yeri tutur

2019-10-07 16:13:00

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatı göstərir ki, İran "davamlı" içki içən ölkələr arasında adambaşına alkoqol istehlakına görə 189 ölkə arasında doqquzuncu yeri tutur.

Hesabata görə, hər 15 yaşdan yuxarı "müntəzəm olaraq alkoqol içən" İran vətəndaşı 2016-cı ilində orta hesabla 28,4 litr alkoqol istehlak etmişdir. Bu say 2010-cu ildə 24.8 litr idi.

Tunis içki içmək sahəsində indeksə görə digər ölkələr arasında məğlubedilməzdir. 2016-cı ildə bu ölkədə 36.6 litr alkoqol istehlak edilib. Tunisdən sonra sıra ilə Svazilend, Maldiv adaları, Əfqanıstan, Namibiya, Cənubi Afrika, Əlcəzair və Türkiyə İrandan yüksək yer tutur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2016-cı ilin ərzində "15 yaşdan yuxarı bütün İranlılar" arasında adambaşına alkoqol istehlakı 1 litrə bərabər olub, bu da 2010-cu ildən bəri dəyişməyib.

Adambaşına alkoqol istehlakı Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Türkiyə və Livanda digər müsəlman ölkələrinə görə daha yüksəkdir.

Hesabatda eyni zamanda, İranda 15 yaşdan yuxarı əhalinin onda birinin bu qiymətləndirmənin yayılmasından bir ay öncəyə qədər ağır alkoqol istehlak etdiyi göstərilir.

Alkoqollu içki alqı-satqısı İslam Respublikası qanununa görə cinayət sayılır. ilk dəfə saxlanılan şəxsə 80 şallaq cəzası tətbiq edilir və təkrar edildiyi təqdirdə edam cəzası da tətbiq edilə bilər.

İranda saxta içkilərdən istifadə hər il bir çox vətəndaşın zəhərlənməsi və ölümünə səbəb olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır