DÜNYA

FED rəsmisi: "ABŞ-da faiz endiriminə ehtiyac yoxdur"
07 OKTYABR
145

FED rəsmisi: "ABŞ-da faiz endiriminə ehtiyac yoxdur"

2019-10-07 12:55:00

Kanzas FED rəhbəri ABŞ iqtisadiyyatında yavaşlamanın olmayacağı təqdirdə faiz endiriminə ehtiyacın olmadığını bildirib. 

Fins.az-ın məlumatına görə, FED-in Kanzas nümayəndəliyinin rəhbəri Esther George son 2 toplantıda ABŞ iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu və faiz endirimini məsləhət bilmədiyini ifadə edib. Bazar günü Denverdəki toplantıda xanım Corc iqtisadi böyümədə sərt bir geri çəkilmə olarsa, faiz endirimini dəstəkləməyə hazır olduğunu bildirib. 

ABŞ-da hazırda iqtisadi böyümənin davam etdiyini, rekord səviyyədə aşağı işsizlik faizini və normaya yaxın inflasiya həddi ilə dolların faiz dərəcəsinin stabil saxlanılmasının tərəfdarı olduğunu ifadə edib. 

Eyni zamanda, FED rəhbəri Jerom Povel də son çıxışında ABŞ-da son iqtisadi göstəricilərin ürəkaçan olduğunu, ancaq bəzi qlobal risklərlə qarşı-qarşıya qaldıqlarını bildirib. Sədr car il ərzində faiz azaldılmasının olub olmayacağı mövzusunda isə heç bir siqnal verməyib.

Qeyd edək ki bu gün Bakı vaxtı ilə saat 21:00-da FED rəhbərinin yenidən mətbuat konfrasında çıxışı gözlənilir. İnvestorlarımıza konfransı diqqətlə izləyib alacaqları qərarlarda diqqətli olmaqlarını tövsiyə edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır