DÜNYA

Nazir:"Elektron siqaretlərin satışı və idxalı qadağan ediləcək"
04 OKTYABR
219

Nazir:"Elektron siqaretlərin satışı və idxalı qadağan ediləcək"

2019-10-04 09:24:00

Türkiyə höküməti elektron siqaretlərin satışına və idxalına qadağa qoymaq niyyətindədir. Fins.az “Anadolu” agentliyinə istinadən məlumatına görə, bunu ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

“Elektron siqaretlərin satışı və idxalı qadağan ediləcək. Biz müvafiq qanun üzərində çalışırıq”, - mənbə nazirin sözlərini sitat gətirir.

Qoca əlavə edib ki, məsələyə ölkə parlamentində baxılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır