DÜNYA

ABŞ Avropa Birliyindən olan məhsullara rüsum tətbiq etdi
03 OKTYABR
89

ABŞ Avropa Birliyindən olan məhsullara rüsum tətbiq etdi

2019-10-03 10:19:00

Beynəlxalq maliyyə bazarlarında Amerika ilə Avropa arasında siyasi münasibətlərə və iqtisadiyyatlara mənfi təsir edə biləcək xəbərlər yayılıb.

ABŞ Avropa Birliyinin "Airbus" şirkətinə qeyri-qanuni subvensiyalarına görə idxal olunan məhsullar qarşı rüsum tətbiq edib. Çərşənbə günü Amerikanın ticarət nazirliyindən verilən məlumata əsasən, AB-dən idxal olunan təyyarələrə qarşı rüsum 10% qaldırılıb və pendir, çağır, kərə yağ və zeytun yağı və kafeyə kimi məhsullara isə 25%-lik rüsum tətbiq edilib. 

Rüsumların oktyabrın 18-də tətbiqi gözlənilir və zərər görən ölkələr subvensiyalarda iştirak edənlərdir: Almaniya, Fransa, İspaniya və Böyük Britaniya. 

Qeyd etmək lazımdır ki, Dünya Ticarət Təşkilatı (ing.: "WTO") çərşənbə günü  ABŞ hökümətinə 7.5 milyard dollar dəyərində olan məhsullara qarşı 100%-ə kimi rüsum artımına haqq verib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır