DÜNYA

FED rəsmisindən dollarla bağlı AÇIQLAMA
01 OKTYABR
178

FED rəsmisindən dollarla bağlı AÇIQLAMA

2019-10-01 17:20:00

ABŞ Mərkəzi Bankının -FED Çikaqo şöbəsinin sədri Çarlz Evans, güclü dolların inflyasiyanın aşağı düşməsinə təzyiq göstərdiyini və bunun nəzərə alınması lazım olduğunu söyləyib.

Çarlz Evans, Çərşənbə axşamı günü Frankfurta mətbuat nümayəndələrinə verdiyi açıqlamada, "Güclü dollar adətən, inflyasiya üzərində aşağı istiqamətli təzyiq yaradır və bu, nəzərə alınması vacib olan bir şeydir" deyib.

Evans, avronun dollar qarşısında 2017-ci ilin may ayından bu yana ən aşağı səviyyəsini görməsinin ardından etdiyi açıqlamasında, "Bunun idxal qiymətlərinə necə təsir etdiyinə və inflyasiya sahələrini necə dəyişdiyinə baxırıq" - deyib.
 

İnflyasiyanın yəqin ki, 2021-ci qədər 2 faiz səviyyəsini keçəcəyini qeyd edən Evans, "Fed-in faizi indilərdə uyğun səviyyədədir",- deyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır