DÜNYA

Gürcüstana xarici investisiyalar niyə azalıb ?
23 SENTYABR
156

Gürcüstana xarici investisiyalar niyə azalıb ?

2019-09-23 17:47:00

Böyük infrastruktur layihələr başa çatdıqda birbaşa xarici investisiyaların azalması  istisna edilmir. Lakin bu o demək deyil ki, iqtisadiyyatda problemlər yaranıb.

Cari ilin ilk altı ayında Gürcüstana birbaşa xarici investisiyaların (BXİ) həcmi 54% azalıb. Cənubi Qafqazda iqtisadi hadisələri işıqlandıran bir neçə media orqanı nəzəri cəlb edən başlıqlar altında bu barədə xəbər verir. Bununla belə, “Eurasianet.org” saytının iqtisadi icmalçısı Sem Butia (Sam Bhutia) qeyd edir ki, BXİ-nın azalması Gürcüstan iqtisadiyyatının zəifləməsinə anlamına gəlmir.

2003-cü il “Qızılgül inqilabı”nın ardınca həyata keçirilən iqtisadi islahatlar nəticəsində Gürcüstanın investisiya cəlbediciliyi xeyli artıb. Tiflis növbəti bir neçə il ərzində vergi islahatları, tənzimlənmənin aradan qaldırılması, özəlləşdirmə və dövlət sektorunda islahatlar sayəsində biznes fəaliyyəti üçün şərtləri yaxşılaşdırıb. Bu da xarici investisiyaların artmasına səbəb olub: 2000-2004-cü illərdə BXİ orta hesabla 250 milyon dollar təşkil edib, 2006-cı ildə bu göstərici 1,2 milyard dollara çatıb. 2006-2018-ci illərdə isə orta hesabla ildə 1,3 milyard dollara bərabər olub.

Məqalə müəllifi qeyd edir ki, son on ildə BXİ-nın böyük bir hissəsi Azərbaycanın payına düşür. Bu, Azərbaycan nefti və təbii qazının Qərbə ixracı üçün boru kəmər infrastrukturuna investisiyalar olub.

Məsələ onda deyil ki, xarici investorlar birdən Gürcüstanın cəlbedici olmadığına qərar veriblər. İnvestisiyaların azalması qismən Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin başa çatması, Cənubi Qafqazda qaz kəmərinin genişləndirilməsi üzrə işlərin dayandırılması və xaricdən maliyyələşən digər infrastruktur layihələrin, məsələn Bakı-Tiflis-Qars dəmiryolunun başa çatması ilə əlaqədardır. Gürcüstan İnvestisiyaların Stimullaşdırılması Agentliyinin məlumatına əsasən, TANAP 2010-cu illərin ortalarında ölkəyə 2 milyard dollar gətirib. Tikinti işləri başa çatdıqdan sonra BXİ-nın kəskin şəkildə azalması təəccüblü deyil.

Butia hesab edir ki, daxili siyasi sarsıntılara və qonşu Rusiya ilə gərgin münasibətlərə baxmayraq, son illər Gürcüstanın iqtisadi uğurları nəzərəçarpan olub və qonşu ölkələrin nailiyyətlərini xeyli üstələyib.

Son illər həm daxili, həm xarici saldo (büdcə və cari hesabın kəsri) yaxşılaşıb. Ona görə BXİ-nin azalması narahatlığa səbəb olmamalıdır. Xarici investisiyalar ölkəyə daxili maliyyə kəsrini aradan qaldırmağa kömək edir. Ancaq ölkə hələlik prioritetli infrastruktur layihələrini maliyyələşdirmək iqtidarındadır. Məsələn, Regional İnkişaf və İnfrastruktur Nazirliyi bu il 1400 layihəyə 750 milyon dollar xərcləyəcəyini bəyan edib. Bu zaman hansı vəsaitdən – xaricdən əldə olunan yoxsa ölkə daxilindəki vəsaitdən istifadə ediləcəyi əhəmiyyət daşımır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır