DÜNYA

Səudiyyə Ərəbistanına ekspert qrupu göndəriləcək
19 SENTYABR
83

Səudiyyə Ərəbistanına ekspert qrupu göndəriləcək

2019-09-19 10:26:00

Fransa Prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanının neft kəmərlərinə və ƏrRiyaddakı neft emalı zavodlarına təşkil olunmuş terror hücumunu araşdırmaq üçün bu ölkəyə ekspert qrupunun göndəriləcəyini açıqlayıb. Bu barədə “France Press” məlumat verib.

Mənbə qeyd edir ki, Emmanuel Makron Səudiyyə Ərəbistanına göndəriləcək mütəxəssislərin hücumla əlaqədar istintaq aparacağını bəyan edib. O, Səudiyyə Ərəbistanının zavodların vurulması ilə əlaqədar beynəlxalq istintaq aparılmasını tələb etdiyini xatırladıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı artıq neft ixracatını, neft obyektlərinə hücumlardan əvvəlki səviyyəyə qədər tam bərpa etdiyini açıqlayıb.

Ölkənin energetika naziri şahzadə Əbdül Əziz bin Salman bu barədə Ciddədə keçirilən mətbuat konfransında deyib ki, Ər-Riyad cari ilin oktyabr ayının sonu üçün neft hasilatının həcmini sutkada 11 milyon barrel, noyabrın sonu üçün isə sutkada 12 milyon barelə çatdıracaq. Hazırda Krallıqda sutkada 10 milyon barrel neft hasil olunur.

O, həmçinin “Saudi Aramco” neft şirkətinin bu ay müştərilər qarşısındakı öhdəlikləri yerinə yetirə biləcəyini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır