DÜNYA

Zelenskinin hansı hərəkəti ABŞ-ın xoşuna gəlməyib?
17 SENTYABR
128

Zelenskinin hansı hərəkəti ABŞ-ın xoşuna gəlməyib?

2019-09-17 09:44:00

Donbasda hərbi əməliyyatlar zəifləyib. Rusiya, Ukrayna və ATƏT arasında əldə olunan atəşkəs sazişi kifayət qədər uzun müddət fəaliyyət göstərib. Rusiya və Ukrayna hərbçilərinin sərhədyanı hərbi əməliyyat zonasından çıxması və gərgin silahlı münaqişəni dayandırması nəticəsində iki ölkə arasındakı münasibətlər xeyli yaxşılaşıb. Bu barədə Çinin “Sohu” qəzeti yazır.

“Ukrayna tərəfinin ölkənin şərqində iki regionun ayrılması ilə bağlı bütün əndişələrinə, Rusiyanın müdaxiləsinə baxmayaraq Kiyev hələ də vəziyyətə nəzarət etmək iqtidarında deyil. İqtisadi vəziyyəti yaxşılaşdırmaq və əhalinin həyat səviyyəsini yüksəltmək üçün Ukraynanın yeni prezidenti Vladimir Zelenski faktları qəbul edib və ikitərəfli münasibətlərin inkişafı üçün mühüm addım atıb: Rusiyaya zeytun budağını özü uzadıb”, - nəşr qeyd edir.

“Bir müddət əvvəl tərəflər çoxsaylı danışıqları nəticəsində razılığa gəliblər. Onlar arasında hərbi əsirlərin və məhbusların mübadiləsi baş tutub. Putin deyib ki, Rusiya və Ukrayna bir xalqın iki hissəsidir, onlar bir-birlərinə qarşı düşmən münasibət bəsləməməli, əməkdaşlığı möhkəmləndirməlidirlər. Rusiyanın son dərəcə səmimi hərəkət etdiyini görmək olar. Ona görə Zelenski Krımla əlaqədar ona böyük mərasim təşkil etmək qərarına gəlib. Krım həmişə Rusiya ilə Ukrayna arasında çətinlik yaradıb. Yarımada Rusiyanın nəzarətinə keçdikdən sonra tərəflər arasında münasibət pisləşməyə başlayıb, ancaq indi Zelenski daha yumşaq mövqe sərgiləməyə başlayıb”, - məqalədə deyilir.

Ukrayna telekanalının məlumatına əsasən, ölkənin xarici işlər nazirliyi sentyabrın 12-i məlumat verib ki, Rusiya ilə gərgin münasibətləri yaxşılaşdırmaq və ikitərəfli əməkdaşlığı möhkəmləndirmək üçün Rusiya tərəfi ilə birgə Krım yarımadasının cənub hissəsində qaz kəmərinin tikintisi, həyat səviyyəsinin artırılması və mülki əhalinin üzləşdiyi çətinliklərin tez bir zamanda həll edilməsi ilə bağlı qərar qəbul edilib. Jurnalistlərin Krımın suverenliyi haqqında sualına nazirliyin əməkdaşlarından biri cavab verib ki, hal-hazırda yarımada Rusiyanın yurisdiksiyası altındadır, lakin Krımda hələ də Ukrayna vətəndaşları yaşayır, bu səbəbdən Ukrayna tərəfi birgə səylərlə sabitliyi saxlamaq məqsədilə Rusiya ilə əməkdaşlığı möhkəmlətməyə hazırdır.

“Qeyd etmək lazımdır ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşündə bu məsələyə də aydınlıq gətirilib. Bir sözlə, Zelenski mövqeyini yumşaldaraq bildirib ki, Krımın mənsubiyyət məsələsinə görə daha Rusiya ilə düşmənçilik etməyəcək. Bu, müəyyən mənadə o deməkdir ki, Ukrayna yarımadaya olan iddialarından imtina edir. Ukraynanın mövqeyi başa düşüləndir. Krımın ilhaqından sonra Rusiya yarımadada öz qoşunlarını yerləşdirib, hərbi heyətini artırıb və yarımadanı Qara dəniz akvatoriyasına aid ölkələrin qarşısını almaq üçün mühüm strateji mövqeyə çevirib. Bütün bunlar ondan xəbər verirdi ki, Rusiya Krımı Ukraynaya geri qaytarmağa hazırlaşmır. Verilmiş halda qoşunları işə salmaq iki tərəf arasında qüvvələr nisbətindəki böyük fərqə görə qeyri mümkün görünüb. Bunu da hamı çox gözəl başa düşürdü”, - qəzet vurğulayır.

 “Bununla belə Qərb ölkələri Krımı Rusiyanın bir hissəsi olaraq tanımayıblar və daim Ukraynanı yarımadanı geri qaytarmağa təşviq ediblər. İndi tamamilə aydın olub ki, Zelenski heç nəyi dəyişə bilməyəcək. Əvvəllər ABŞ müdaxilə etmək istəsə də, sonra Ukraynadakı ab-havanın dəyişdiyini görüncə anlayıb ki, ölkə ümumiyyətlə Krımla bağlı iddialarından imtina edə bilər. Ağ Evin mətbuat katibi vəziyyəti aşağıdakı şəkildə qiymətləndirib: Ukraynanın Krımdan imtina etməsi çox axmaq və bağışlanmaz addım olacaq. ABŞ yarımadanın strateji əhəmiyyətini və coğrafi mövqeyini çox yaxşı bilir və Rusiyanın orada möhkəmlənməsini istəmir”, - məqalənin sonunda deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır