DÜNYA

Tramp Çinə tariflərin müddəti ilə bağlı jest edib
13 SENTYABR
70

Tramp Çinə tariflərin müddəti ilə bağlı jest edib

2019-09-13 12:15:00

Birləşmiş Ştatlar Çin mallarına tariflərin 5 faiz artırılması üçün əvvəlcədən planlaşdırılmış tarixi təxirə salacaq. “Bloomberg” agentliyinin məlumatına görə, bu barədə ABŞ lideri öz “Twitter” hesabında yazıb.

Donald Tramp qeyd edib ki, o, tariflərin 5 faiz artırılmasını Çinin Baş naziri Lyu Xenin xahişi ilə iki həftəlik təxirə salacaq. Səbəb isə tariflərin artırılması tarixinin (1 oktyabr) Çinin müstəqilliyinin elan edilməsinin 70 illiyinin qeyd olunacağı günə düşməsidir. Ağ ev rəhbəri bununla bağlı yazıb: “Biz xoş məram jesti kimi 250 milyard dollarlıq Çin mallarına tariflərin artırılaraq 25 faizdən 30 faizə çatdırılmasını oktyabrın 1-dən 15-nə keçirmək barədə razılığa gəldik”.

Xatırladaq ki, Birləşmiş Ştatlar lideri tariflərin artırılması niyyətini hələ ötən ay açıqlamışdı. Sentyabrın əvvəlində isə ABŞ tərəfindən təqribən 111 milyard dollarlıq Çin mallarına, o cümlədən tekstil (paltar) və qida məhsullarına yeni 15 faizlik tarif tətbiq edilib, lakin tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır