DÜNYA

Putinlə Zelenski bir-birilərinə qışqırıbmı…
10 SENTYABR
119

Putinlə Zelenski bir-birilərinə qışqırıbmı…

2019-09-10 14:33:00

Ukrayna prezidentinin köməkçisi Aleksandr Yermak Vladimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışıqlarının “nəzakətli keçdiyini” açıqlayıb.Fins.az xəbər verir ki, Aleksandr Yermak iki prezident arasında telefon danışığı zamanı "bərabər səviyyəli söhbətlərin aparlığını" bildirib.

“Mənim gördüyüm bu vaxta qədər, hansı ki, mən bir çox danışıqlarda olmuşam, prezidentimizin mövqeyini, ona qarşı münasibəti, danışıq qabiliyyətini nəzərə alaraq deyə bilərəm ki, kimsə onunla təmasda hər hansı kobudluğa yol verməyib, özünü nəzakətsiz aparmayıb. Bu, iki prezident arasında (Putin və Zelenski) bərabər səviyyəli söhbət idi”,-Aleksandr Yermak deyib.

O, Putinlə Zelenski arasında telefon danışıqları zamanı  kiminsə səsini qaldırıb-qaldırmadığı  haqda suala sərt cavab verib: “Xeyr! Düşünürəm ki, prezidentlər arasında konstruktiv dialoq olmasaydı, məhkumların azad edilməsi də baş tutmazdı”.

Prezident köməkçisi qeyd edib ki, Zelenski məhbusların sərbəst buraxılmasının detalları ilə şəxsən anlaşma əldə edib  və hazırlıq işlərinə özü nəzarət edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır