DÜNYA

Kraliçadan “Brexit”lə bağlı qadağa
10 SENTYABR
119

Kraliçadan “Brexit”lə bağlı qadağa

2019-09-10 14:04:00

Böyük Britaniya kraliçası II Yelizaveta Avropa Birliyi ilə hər hansı yeni saziş olmadan “Brexit”i (ölkənin Avropa Birliyindən çıxmasını nəzərdə tutur- red.)  qadağan edən qanun layihəsini təsdiqləyib.Sözügedən qanun layihəsi Baş Nazir Boris Consonun planları ilə ziddiyyət təşkil edir. Belə ki, Conson hər hansı saziş və razılaşma olmadan ölkənin AB-dən çıxmasını oktyabrın 31-dək yekunlaşdırmaq niyyətində idi.

Kraliçanın imzaladığı sənədə əsasən isə, oktyabrın 19-da Böyük Britaniya və AB arasında hər hansı yeni saziş imzalanmayacaqsa, Baş Nazir “Brexit”in gerçəkləşməsi vaxtını 31 oktyabrdan 2020-ci ilin 31 yanvarınadək təxrə salınması üçün Belçikadan möhlət istəməlidir.

Kraliçanın imzaladığı sənəd hökumətin etirazına baxmayaraq, parlament tərəfindən təsdiq olunub.

 

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır