DÜNYA

Miqrantlar üçün vəsait
10 SENTYABR
97

Miqrantlar üçün vəsait

2019-09-10 10:30:00

Rəsmi Brüssel miqrant böhranını həll etmək məqsədilə nəzərdə tutulmuş 6 milyard avro vəsaitin 5,6 milyardını Türkiyəyə ödəyib.

Bu bəyanatla Avropa Komissiyasının nümayəndəsi Nataşa Berto Brüsseldə keçirilən mətbuat konfransında çıxış edib. O əlavə edib ki, qalan məbləğ bu yaxınlarda rəsmi Ankaraya veriləcək.

Xatırladaq ki, rəsmi Brüssel miqrasiya ilə bağlı 2016-cı ildə imzalanmış sazişə əsasən, Türkiyəyə bu məbləği ödəyir. Xəbəri BBC verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır