DÜNYA

Peşəkar investordan qızılla bağlı məsləhət
09 SENTYABR
184

Peşəkar investordan qızılla bağlı məsləhət

2019-09-09 18:00:00

Beynəlxalq bazarlarda peşəkar investor kimi tanınan "Mobius Capital"ın banisi Mark Mobius investorlara qızıl almaları lazım olduğunu bildirib. 

Mark Mobius, qlobal mərkəzi bankların faiz endirimləri ilə qızılda "buğa" mövqeyindədıir. Fins.az xəbər verir ki, CNBC-yə danışan Mobius, "Pul təklifində hədsiz artım səbəbi ilə mənə görə qızıl alınmalıdır" - deyib.

Bütün mərkəzi bankların faizləri endirdiyini və sistemə pul vurduğunu qeyd edən Mobius investorlara portfellərində 10% fiziki qızıl olması lazım olduğunu, portfelin qalanın da dividend gəliri yüksək səhmlərdən ibarət ola biləcəyini söyləyib.

ABŞ rəhbərliyinin və Ağ Evin güclü dolların tərəfdarı olmadıqlarını bildirən Mobius, "dolların digər valyutalar qarşısında dəyər itirməsi üçün məşğul olacaqlar, bunu etdikləri zaman digər pul vahidləri də zəifləyəcək. Bütün pul vahidləri dəyər itirəcəyi üçün investorlar qızıl almaları lazım olduğunu anlayacaq", - ifadəsini istifadə edib.
  

Dünya Qızıl Şurası bir hesabatında, qlobal makro iqtisadi qeyri-müəyyənliklər səbəbindən mərkəzi bankların bu il qızıl alışlarını artırdığını bildirib. Hesabata görə, mərkəzi banklar ilin ilk yarısında 374 ton qızıl alışı edib, bu ən azı 2000-ci ildən bəri görülən ən böyük artımdır.

Avqust ayında Çin - ABŞ ticarət gərginliyinin dərinləşməsilə 6 ilin ən yüksək səviyyəsi olan 1554 dolları görən qızılın unsiya hazırda 1.512 dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır