DÜNYA

ABŞ-da ümumi daxili məhsulun gözlənilən faiz dərəcəsi AÇIQLANIB
09 SENTYABR
93

ABŞ-da ümumi daxili məhsulun gözlənilən faiz dərəcəsi AÇIQLANIB

2019-09-09 13:46:00

"ABŞ iqtisadiyyatı yaxşı vəziyyətdədir, sadəcə bəzi risklər var". Bunu ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauel deyib. Fins.az xəbər verir ki, o, rəhbərlik etdiyi qurumun iqtisadiyyatda tənəzzül gözləmədiyini, bu ilin yekununda ABŞ-da ümumi daxili məhsulun ötən ilin yekunu ilə müqayisədə 2-2,5 faiz artacağını qeyd edib. C.Pauel həmçinin ticarət müharibələri ilə bağlı qeyri-müəyyənliyin işgüzar aktivliyə mənfi təsir göstərəcəyini vurğulayıb.

Xatırladaq ki, bir qədər əvvəl FED uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 2,25-2,5 faizdən 2-2,25 faizə endirib. Faiz azalması ABŞ Prezidenti Donald Truampın uçot dərəcəsinin yüksək olması ilə bağlı tənqidləri fonunda baş verib. C.Pauel isə FED-in qərarlarının siyasi xarakter daşımadığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır