DÜNYA

Prezident Zelenskini kim durduracaq?
06 SENTYABR
188

Prezident Zelenskini kim durduracaq?

2019-09-06 14:34:00

Gələn il yanvarın 1-dən Ukraynada deputat toxunulmazlığı ləğv edilir. Bu qərarı deputatların özləri prezident Vladimir Zelenskinin israrlı xahişi ilə qəbul ediblər. Konstitusiyaya edilən dəyişikliklərə əsasən, qanunvericilər sadəcə Ali Radada səsvermə nəticələrinə görə məsuliyyət daşımayacaqlar. 

Deputat toxunulmazlığının ləğvinin əhəmiyyəti ilə bağlı müzakirələr artıq 20 ilə yaxındır davam edir. Ancaq dörd prezident və bir neçə parlament heyəti bəyannamədən uzağa keçə bilməyib. Son vaxtlaradək Ali Rada hüquq mühafizəçilərindən gizlənmək üçün rahat yer olub. Böyük biznes və kriminal çevrənin nümayəndələri immunitet naminə arzuolunan deputat adını almağa can atıblar. Prezident Zelenski isə uzun müddətdir davam edən bu epopeyaya nöqtə qoyub.

Məqalə müəllifi qeyd edir ki, deputat toxunulmazlığının ləğvi Zelenski komandası üçün simvolik aktdır. Bu, xalq deputatının az qala Allah kimi qəbul edildiyi Ukrayna ilə vida mərasimidir.

Yeni seçilən Ali Rada və yeni hökumətin fəaliyyətə başlaması ilə Ukrayna parlament-prezident respublikasından de-fakto prezident respublikasına çevrilib. Vladimir Zelenski nəinki publik şəkildə Radanın işinə qarışır, spikerə, baş nazirə, güc strukturlarına tapşırıqlar verir, onlarla iclas keçirir, həmçinin deputatlara Milli Qvardiyanı ona tabe etdirməyi təklif edir. Prezident var gücü ilə səlahiyyətlərini genişlətməyə çalışır.

Kimsə haqlı olaraq qeyd edəcək: qətiyyətli addımlar atmaq üçün həm prezident, həm parlament seçkilərində inandırcı qələbə qazanan Vladimir Zelenski və komandasının seçicilər arasında böyük etimad krediti var. Həqiqətən də, belədir. Amma mühüm bir düzəliş etmək lazımdır:  bütün bunlar hazırkı qanunvericilik çərçivəsində baş verməlidir.

Həm prezident, həm parlament, həm hökumət üçün məcburi olan prosedurlar var. “Hər şey və dərhal” prinsipi üzrə hərəkətə keçmək dərin, sistemli islahatların aparılması üçün zəif arqumentdir. Və prezident Zelenski bunu başa düşməlidir. Baxmayaraq, milyonlarla ukraynalı indi onun fəaliyyətini alqışlayır.

Vladimir Zelenski bu gün ölkədəki bütün hakimiyyəti öz əlində cəmləyib. Parlament və hökumət dövlət başçısının təcili adlandırdığı qərarları qəbul etmək üçün gecələri yatmamağa hazırdır. Güc strukturları keçmiş yüksək vəzifəsi siyasi xadimləri “həbs etmək” üçün prezidentdən əmr gözləyir.

Yaranmış vəziyyətdə, deyəsən, küçə Ukrayna hakimiyyətinə yeganə güclü və effektiv müxalifət olaraq qalır.  Maydan iki dəfə Viktor Yanukoviçə qarşı çıxıb. Ölkə əhalisinin öz səlahiyyətlərini genişlətməklə onların hüquq və azadlıqlarını pozan şəxslərdən xoşu gəlmir. Ona görə prezident Zelenskinin müraciət etməkdən zövq aldığı etimad kreditinə görə gec-tez cavab vermək lazım gələcək. Və Ukraynanın altıncı prezidenti bunu unutmamalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır