DÜNYA

O Trampı açıq tənqid etməsinin səbəbini AÇIQLAYIB
04 SENTYABR
93

O Trampı açıq tənqid etməsinin səbəbini AÇIQLAYIB

2019-09-04 14:24:00

Pentaqonun keçmiş rəhbəri Ceym Mettis (James Mattis) “CNN” telekanalına açıqlamasında bildirib ki, ABŞ prezidentinin ünvanına açıq tənqidlə çıxış etməyəcək, çünki hərbi ənənə adamının siyasi qiymət verməməli olduğunu düşünür. “Borc və şərəf çox vacibdir. Və vəzifənizi tərk etdiyinizdə Konstitusiyanı dəstəkləmək və müdafiə etmək andınızdan imtina etmirsiniz”, - deyə Mettis qeyd edib. Onun fikrincə, Müdafiə Nazirliyində çalışan, “hərbi ənənələrin” adamı siyasi bəyanatlarla çıxış etməməlidir.   Bu zaman Mettis gələcəkdə, “doğru zamanda gəldiyində” strategiya və siyasət haqqında danışıqlarda bu cür bəyanatların veriləcəyini istisna etməyib. O, bunun konkret nə zaman baş verəcəyini dəqiqləşdirməsə də, həmin vaxt gəldiyində bunu başa düşəcəyini qeyd edib. “2020-ci il prezident seçkilərindən əvvəl siyasətdən danışmağa başlayacaqsınızmı?” sualına cavabında Mettis deyib ki, hazırda hərbi isteblişmentin siyasi fikirlərə və insanlara təsir etmək vaxtı deyil. Ötən həftə Pentaqonun keçmiş rəhbəri “The Atlantic” nəşrinə açıqlama verib. Həmin müsahibədə ona belə bir sual ünvanlanıb: “Kitabınızın təqdimat mərasimində iştirak etmək üçün səfər etdiyiniz şəhərlərdə Tramp haqqında suallarla üzləşsəniz, onları cavablandırmağa hazırsınızmı?” Mettis isə öz növbəsində “susmaq borcu”ndan bəhs edib.

“Aşkar siyasi fikirayrılığına görə administrasiyanı tərk edəndə orda qalan insanlara ölkəni müdafiə etmək üçün daha çox imkan verməlisən”, - deyə o bildirib. Mettis konkret Trampın ünvanına tənqiddən imtina etməsinə onunla aydınlıq gətirib ki, bu, xüsusilə real təhlükə şəraitində, Koreya yarımadasından istənilən raket buraxılışının müharibəyə gətirib çıxara biləcəyi bir vaxtda dövlətin təhlükəsizliyini təmin etməyə kömək olmayacaq.

Xatırladaq ki, Mettis ötən ilin dekabr ayında istefa verib. O, bu qərarını qismən Trampın qoşunları Suriyadan çıxarmaq planı ilə əlaqələndirib. Pentaqonun keçmiş rəhbəri açıq məktubunda qeyd edib ki, prezident onun xaricdə “alyans və tərəfdaşlığın” vacibliyi ilə bağlı fikirlərini bölüşmür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır