DÜNYA

İran 15 milyarddan imtina etdi?
04 SENTYABR
113

İran 15 milyarddan imtina etdi?

2019-09-04 14:17:00

Tehran İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının xilas edilməsi üçün Avropadan 15 milyard dollar həcmində kredit verilməsi təklifini qəbul etməyəcək.Fins.az  xəbər verir ki, bu barədə İranın PressTV televiziyası informasiya yayıb. “İran AB-nin 15 milyard dollar kredit təklifinindən imtina edir”, - telekanalın Tvitter hesabında qeyd edilib.

Qeyd edək ki, telekanal sözügedən informasiyanın mənbəyini göstərməyib.Bundan öncə isə İran Xarici İşlər nazirinin müavini Abbas Arakçi nüvə sazişinə sadiq qalan Avropa ölkələrini ya İrana neft satışına imkan yaratmağa, ya da 15 milyard kredit ayırmağa səsləmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır