DÜNYA

Deputat toxunulmazlığı ləğv olundu
03 SENTYABR
345

Deputat toxunulmazlığı ləğv olundu

2019-09-03 14:28:00

Fins.az . xəbər verir ki, Ukrayna Ali Radası bu gün keçirilən iclasında deputat toxunulmazlığının ləğv olunması barədə qanun layihəsini qəbul edib.Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Qanun layihəsinin lehinə 373 deputat səs verib. Sənədi, həmçinin Ukrayna prezidenti imzalamalıdır.

Qanun deputatların Ali Radanın razılığı olmadan cinayət məsuliyyətinə cəlb olunmasını, saxlanmasını, yaxud həbs edilməsini qadağan edən müddəaların konstitusiyadan çıxarılmasını nəzərdə tutur. Bununla yanaşı, deputatlar əvvəlki kimi səsvermənin nəticələrinə, təhqir və böhtan istisna olmaqla parlamentdə səsləndirdilkəri fikirlərə görə hüquqi məsuliyyət daşımayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır