DÜNYA

Həsən Ruhanidən Amerika rəsmiləri görüşlə bağlı növbəti kritik AÇIQLAMA
03 SENTYABR
110

Həsən Ruhanidən Amerika rəsmiləri görüşlə bağlı növbəti kritik AÇIQLAMA

2019-09-03 12:48:00

İran heç vaxt ABŞ ilə danışıqlara can atmayıb və indi də can atmır.Fins.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani bu gün parlamentdə çıxışı zamanı deyib. O bildirib ki, İran danışıqları davam etdirmək üçün çox təkliflər alıb. Lakin iqtisadi sanksiyalar və təzyiq altında heç bir danışıqlardan söhbət gedə bilməz. “Bizi danışıqlar masasına qayıtmağa çağırırlar. Lakin danışıqlar masasını biz deyil, ABŞ tərk edib. Masaya da o, qayıtmalıdır” - deyən Həsən Ruhani nəzərə çatdırıb ki, sanksiyalar ölkə iqtisadiyyatına böyük zərbə vurur.

Avropa dövlətlərini kəskin tənqid edən Prezident onları da öz imzalarına hörmətlə yanaşmamaqda ittiham edib. Nəzərə çatdırıb ki, ABŞ 2015-ci ildə imzalanmış nüvə razılaşmasından birtərəfli qaydada çıxdıqdan sonra razılaşmanı imzalayan Avropa dövlətləri də (Böyük Britaniya, Fransa, Almaniya) üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədilər ki, bu da İranın iqtisadi vəziyyətinə mənfi təsir göstərdi.

Həsən Ruhani bəyan edib ki, bütün çətinliklərə baxmayaraq, İran xalqı müqavimət göstərəcək, dövlət isə beynəlxalq aləmdə fəal diplomatiyasını davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır