DÜNYA

Trampın faydalı təxribatı
03 SENTYABR
89

Trampın faydalı təxribatı

2019-09-03 09:22:00

“Öncədən şərt kəsək: ABŞ prezidenti Donald Trampın (Donald Trump) “Böyük yeddiliy”in (G7) Biaris sammitində işə saldığı Rusiyanın aparıcı qərb dövlətlərinin qrupuna dəvət edilməsi ilə bağlı müzakirələr sünidir, tamamilə əsassızdır. 2014-cü ildən bəri aydın idi ki, “Böyük səkkizlik” (G8) bərpa edilə bilməz və bərpa edilməyəcək. Və məsələ onda deyil ki, Rusiya liberal demokratiya ailəsinə aid deyil, ölkə lideri də liberalizmin köhnəldiyini düşünür. Fins.az xəbər verir ki,  Rusiya ilə ABŞ arasında artıq beş ilə yaxındır soyuq müharibə ilə müqayisə edilən qarşıdurma gedir və bu yeni qarşıdurma uzunmüddətli tendensiyada kəskinləşə bilər”, - Moskva Karnegi Mərkəzinin təhlilçisi Dmitri Trenin “RBC” agentliyində yazır.

“Birincisi, Tramp və artıq bu gün Amerika isteblişmenti ABŞ üçün əsas təhlükəni Çində görür. Məhz bu təhlükə Qərbi mövqeyini möhkəmləndirmək haqda düşünməyə vadar edir. 1990-cı illərin əvvəlindən beynəlxalq münasibətlərdə rus amilinə məhəl qoymamağa vərdiş etmiş Vaşinqton Pekin və Moskvanın hərbi aspekt də daxil olmaq üzrə daha sıx və çoxtərəfli yaxınlığı ilə üzləşib”, - məqalədə deyilir.

“Nəticədə ABŞ əsas geosiyasi prinsipinə - Avrasiyanın iki böyük dövlətinin yaxınlaşmasına icazə verməmək - etinasız davranıb. Bundan başqa, ABŞ eyni vaxtda Rusiya və Çinə təzyiq göstərməklə Moskva ilə Pekinin daha möhkəm birləşməsinə səbəb olub. Əgər əvvəllər Rusiya Vaşinqtona təkbaşına müqavimət göstərirdisə, Çin isə ABŞ ilə razılıq əldə etməyə çalışırdısa, son vaxtlar hər iki ölkə öz addımlarını daha çox Amerika istiqamətində koordinasiya edir”, - jurnalist yazır.

“İkincisi, Tramp tərəfindən ortalığa atılan “G8” qrupunun bərpa edilməsi məsələsi Avropa ölkələrinin artan qorxuları ilə eyni rezonansa düşüb. Belə ki, onlar ehtiyat edirlər ki, qərb dünyasının şərqdəki ön mövqeyi Rusiya geosiyasi kulbit həyata keçirib, şərq dünyasının qərb meydanına çevrilsə, Qərbin “Rusiyanı itirməsi” Avropanın gələcəkdə faktiki olaraq Çinlə qonşu olmasına gətirib çıxaracaq”, - Trenin qeyd edir.

Üstəlik, məqalə müəllifinin fikrincə, bu yaxınlarda “Orta və yaxın mənzilli raketlərin ləğvinə dair” sazişin qüvvədən düşməsi Avropada təhlükəli Rusiya-Amerika qarşıdurması kabusunu yaradır: “Ona görə AB-nin siyasi lideri rolunu oynayan Fransa prezidenti Emmanuel Makron (Emmanuel Macron) Moskva ilə dialoqu bərpa etməyə çalışır, həmçinin Biaris sammitindən bir neçə gün öncə Putini Fransaya dəvət edir”. Qeyd edək ki, İtaliya Trampın “Rusiya” təşəbbüsünü dəstəkləyir.

“Nəhayət, Rusiyanın özündə Trampın sözləri layiq olduğundan daha böyük marağa səbəb olub. Nəinki yüksək vəzifəli məmurlar, eyni zamanda Vladimir Putin də onları publik şəkildə şərh etmək ehtiyacı duyub. Bəyanatların mənası aydındır: rəsmi dəvət olsa, onu nəzərdən keçirməyə və öz xoşumuzla çıxmadığımız formata geri qayıtmağa, sonra heç bir ilkin şərt olmadan tərəfdaşlarımızla  bərabər hüquqda çalışmağa hazırıq. Rəsmi Moskva Trampın sözlərinə ciddi yanaşmaqdansa, onlara məhəl qoymamalı idi”, - siyasi icmalçı yazır.

“Bu ağlasığmaz variantın baş verəcəyini – Rusiyanın arzuolunan klubdakı üzvlüyünün bərpa ediləcəyini təxmin etsək belə, Moskva BMT Təhlükəsizlik Şurası ilə yanaşı kollektiv Qərblə teatral polemika üçün cəmi bir meydan əldə edəcək. Həmin meydanda da onun veto hüququ olmayacaq, bütün qərarlar qeyri-müəyyən və qeyri-vacib olacaq”, - məqalədə deyilir.

Trenin Rusiyanın beynəlxalq arenada ən zəif cəhətinin iqtisadiyyat, bir də texnoloji gerilik olduğunu qeyd edir: “Ölkənin fundamental problemi isə əsasən özü özünə xidmət edən idarəedici elitanın böyük bir hissəsinin pis keyfiyyətdə olmasıdır. Problem həll edilməyənədək, həqiqətən milli elita yaranmayanadək Rusiya şərq və qərbdə başqa ölkələrlə münasibətdə, eyni zamanda “Böyük iyirmilik” kimi qlobal forumlarda imkanlarından aşağı səviyyədə çıxış edəcək. Bu barədə düşünmək lazımdır. Tramp da qoy özü üçün tvit atsın”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır