DÜNYA

Zərif Moskvada Lavrovla görüşəcək
02 SENTYABR
52

Zərif Moskvada Lavrovla görüşəcək

2019-09-02 08:26:00

Sentyabrın 2-də Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında görüş keçiriləcək.

Fins.az xəbər veri ki,  bu barədə  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir

Qeyd olunur ki, nazirlər iki ölkə arasındakı münasibətlərə, o cümlədən ticarət və iqtisadi əməkdaşlıq məsələlərinə toxunacaqlar: "Tərəflər beynəlxalq gündəlikdə duran məsələləri, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını, Suriya probleminin nizamlanmasını, Fars körfəzindəki, o cümlədən Yəmən və Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır