DÜNYA

"Google" ABŞ-ın Çin şirkətlərinə tətbiq etdiyi sanksiyaların fəal iştirakçısına çevrilir
02 SENTYABR
65

"Google" ABŞ-ın Çin şirkətlərinə tətbiq etdiyi sanksiyaların fəal iştirakçısına çevrilir

2019-09-02 07:58:00

ABŞ-ın sanksiyalarından sonra təqdim olunan və yaxın zamanlarda satışa çıxarılması planlaşdırılan ilk flaqman telefon modeli Huawei Mate 30 Pro "Google"un tətbiq və xidmətlərindən istifadə edə bilməyəcək. "Google" ABŞ hökumətinin "Huawei" şirkətinə qarşı tətbiq etdiyi sanksiyaların bir hissəsi olaraq Çinin telefon istehsalçısına qarşı sanksiyalar tətbiq edəcəyini və "Google Maps" və "YouTube" da daxil olmaqla "Google" tətbiqlərinin "Huawei"nin yeni telefon modellərinə daxil edilməyəcəyini təsdiqləyib. Bununla da həmin mobil cihazlarda "Maps", "YouTube", "Google" tətbiqetmələri və xidmətlərindən istifadə tam məhdudlaşdırılacaq. "Google"un bu qərarı ilə sözügedən şirkətin yeni modellər üçün "Google Play"ə girişinin məhdudlaşdırılması deməkdir.

Qeyd edək ki, ABŞ hökuməti yerli texnologiya şirkətlərinə müxtəlif məhdudiyyətlər gətirib və bu çərçivədə "Huawei"yə məxsus xidmət satışı may ayında dayandırılıb. Mate 30 Pro "Huawei"in ABŞ məhdudiyyətlərindən sonra ictimayyətə təqdim edəcəyi ilk ağıllı telefon modeli olacaq. Mütəxəssislər Mate 30 seriyası və "Google" tətbiqetmələri daxil olmayan yeni "Huawei" modellərinin xüsusilə Avropa satışlarında zərər görəcəyini iddia edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır