DÜNYA

Zelenski və Putin “normand formatı” çərçivəsində görüşəcəklər
01 SENTYABR
111

Zelenski və Putin “normand formatı” çərçivəsində görüşəcəklər

2019-09-01 20:54:00

Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezident Vladimir Putin payız aylarında “normand formatı” çərçivəsində görüşəcəklər.

Fins.az xəbər verir ki, bu barədə “1+1” telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski özü məlumat verib.

“Biz ikinci telefon danışığımız zamanı “normand formatı” çərçivəsində görüşmək barədə müzakirələr apardıq”, - deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, Qərb ölkələrinin liderlərinin iştirakı ilə keçiriləcək bu görüşdə hər hansısa vacib sazişin imzalanması mümkündür.

Qeyd edək ki, Ukrayna və Rusiya liderlərinin görüşünün sentyabrda keçiriləcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır