DÜNYA

Donald Tramp Çinlə müharibə haqqında: Mən seçilmiş insanam
22 AVQUST
152

Donald Tramp Çinlə müharibə haqqında: Mən seçilmiş insanam

2019-08-22 01:57:00
ABŞ prezidenti Donald Tramp Ağ Evin kənarında, jurnalistlər ilə söhbətində Çinlə aparılan ticarət müharibəsindən danışıb.

Fins.az xəbər verir ki, o, bu barədə bəhs edərkən qəribə sözlər işlədib.

“Mən seçilmiş insanam” dedikdən sonra Ağ Evin rəhbəri göyə baxıb.

“Bunu kimsə etməli idi. Bəziləri deyir ki, bu, Trampın ticarət müharibəsidir. Lakin mənim ticarət savaşım yoxdur. Həmin müharibəni çoxdan, başqa prezidentlər başlamalı idi”, -deyə respublikaçı prezident qeyd edib.

Onun sözlərinə görə, son 5 və ya 6 ildə Çin ABŞ-dan 500 milyard dollar pul qoparıb. “Hələ bu nədir ki...siz intellektual mülkiyyətin oğurlanmasından danışın və buna başqa işləri də əlavə edin. Kimsə buna son verməli idi. Mən “seçilmişəm” və biz qalib gələcəyik”,-deyə Birləşmiş Ştatların lideri söyləyib.

Çin isə ABŞ-ın Tayvana silah satışında adı keçən şirkətləri sanksiyalarla hədələyib. Məlum olduğu kimi rəsmi Vaşinqton tanınmamış ada-dövlətinə “F-16” qırıcı təyyarələri vermək niyyətindədir.

ABŞ Dövlət departamenti “Lockheed Martin” şirkətinin istehsalı sayılan 66 qırıcının 8 milyard dollara satılmasını təsdiqləyib.
Çin Xarici işlər nazirliyinin mətbuat katibi Gen Şuan isə rəsmi Pekinin öz maraqlarının müdafiəsi üçün bütün tədbirləri görəcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır