DÜNYA

BƏƏ-də şirin içkilərə və elektron siqaretə vergi tətbiq ediləcək
21 AVQUST
113

BƏƏ-də şirin içkilərə və elektron siqaretə vergi tətbiq ediləcək

2019-08-21 17:22:00

Əhalinin sağlamlığının qayğısına qalmaq və vətəndaşların səhhətinə ziyan vuran məhsullara tələbatın azaldılmasını stimullaşdırmaq məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin hökuməti vergi qoyulan aksiz məhsullarının, o cümlədən tərkibində şəkər olan içkilərin və elektron siqaretlərin siyahısının 2020-ci il yanvarın 1-dən genişləndirilməsi barədə qərar qəbul edib.

Fins.az-ın məlumatına görə, ölkənin Nazirlər Kabinetinin Baş katibliyinin dərc etdiyi bəyanata əsasən, bu qərar əhalinin sağlamlığının möhkəmləndirilməsi və bilavasitə şəkər və tütündən istifadə ilə bağlı xroniki xəstəliklərin profilaktikası üzrə BƏƏ hökumətinin səylərinin dəstəklənməsinə yönəldilib. Bəyanatda qeyd edilir ki, şəkər və ya şəkər əvəzedicilərinin əlavə olunduğu hər bir məhsuldan – içki, konsentrat, toz halında, ekstrakt, yaxud içkiyə çevriləcək digər məhsuldan 50 faiz həcmində vergi tutulacaq. Bununla yanaşı, istehsalçıya içkinin tərkibində şəkərin miqdarını alıcıya göstərmək tapşırılır.

Qeyd olunur ki, siqaretçəkmədə istifadə edilən, tərkibində nikotin və tütün olan elektron qurğulardan, oxşar qurğularda tətbiq edilən mayelərdən də 100 faiz həcmində vergi tutulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır