DÜNYA

Bun ölkə "YouTube vergisi" tətbiq etməyi planlaşdırır
19 AVQUST
81

Bun ölkə "YouTube vergisi" tətbiq etməyi planlaşdırır

2019-08-19 12:06:00

Hökumət videokontent provayderlərinə əlavə vergi tətbiq etmək niyyətində olduğunu açıqlayıb. Yeni vergi "YouTube" qəbilindən olan OTT provayderlərinə şamil ediləcək. Məsələ ilə bağlı hökumətin mövqeyi belədir ki, bu cür xidmətlərin populyarlığı ucbatından ənənəvi kütləvi informasiya vasitələri öz auditoriyasının əhəmiyyətli hissəsini itirir; bundan əlavə, dövlət büdcəsi böyük məbləğdə vergi gəlirlərindən məhrum olur. İqtisadçıların hesablamalarına əsasən, "YouTube" platformasının sahibi "Google" keçən il Cənubi Koreyada 4,5 milyon dollar qazanc əldə etsə də, ölkə büdcəsinə ödədiyi verginin məbləği cəmi 17 milyon dollar olub. Gözlənilir ki, yeni vergi tətbiq ediləcəyi halda, əldə olunacaq vəsaitlər ənənəvi rəqəmsal KİV-in inkişafı məqsədilə təsis edilmiş Televiziyanın Dəstəklənməsi Fonduna yönəldiləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır