DÜNYA

Nazir müavini və köməkçisi həbs edildi
15 AVQUST
148

Nazir müavini və köməkçisi həbs edildi

2019-08-15 09:20:00

Ukraynanın Antikorrupsiya Bürosu və Təhlükəsizlik Xidmətinin əməkdaşları ölkənin müvəqqəti işğal edilmiş ərazilər üzrə nazir müavini Yuri Qrimçakla köməkçisini həbs edib.

Fins.az xəbər verir ki, məmur və köməkçisi avqustun 14-də 480 min dollar məbləğində rüşvət alarkən tutulub. Onlar, həmçinin, dələduzluqda ittiham olunurlar.

Məlumata görə, Qrimçak və köməkçisi ölkədə yüksək rütbəli simaların qərarlarına təsir etmək adı ilə hüquqi şəxslərdən külli miqdarda pul tələb ediblər. Bu məbləğin 1,1 milyon dolları keçdiyi bildirilir.

 

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır