DÜNYA

Zelenski Ukraynadakı müsəlman təşkilatları haqda
11 AVQUST
406

Zelenski Ukraynadakı müsəlman təşkilatları haqda

2019-08-11 20:40:00

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə yaşayan müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.

Fins.az-ın məlumatına görə, Ukrayna Prezidentinin mətbuat xidməti xəbər verir ki, Vladimir Zelenski təbrikdə müsəlman təşkilatlarının müxtəlif dinlərin və etnik qrupların nümayəndələri arasında sülh və konstruktiv qarşılıqlı fəaliyyətin qurulmasına yönəlmiş işini yüksək qiymətləndirib və bundan sonra da səmərəli əməkdaşlığa ümid etdiyini vurğulayıb.

"Bu böyük bayram barışıq və mərhəmət hissi aşılayır, imanın saleh göstərişlərini həyata keçirməyə kömək edir və möminlərin qəlbini parlaq ümidlərlə doldurur", - deyə V.Zelenski bayram təbrikində bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır