DÜNYA

Zelenski Türkiyə ilə ticarət dövriyyəsinin həcmini 10 milyarda çatdırmaq istəyir
09 AVQUST
84

Zelenski Türkiyə ilə ticarət dövriyyəsinin həcmini 10 milyarda çatdırmaq istəyir

2019-08-09 09:49:00

Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski İstanbulda keçirilən Ukrayna-Türkiyə Biznes forumunda qeyd edib ki, rəsmi Kiyev Ankara ilə ikitərəfli ticarət dövriyyəsinin həcmini 10 milyard dollara çatdırmaq istəyir.

 Fins.az xəbər verir ki,  Ukraynanın dövlət başçısı deyib: “Biz Türkiyə ilə biznesi inkişaf etdirmək istəyirik. Təkcə qardaş Türkiyənin iri şirkətləri ilə deyil, həmçinin bütün biznes assosiasiyaları ilə birgə fəaliyyət göstərmək niyyətindəyik”.

Ölkəsinin biznes planlarından bəhs edən Prezident qeyd edib ki, Ukrayna infrastruktur layihələrinə 20 milyard dollar sərmayə qoyub. Bu layihələrə 15 aeroport və beş liman daxildir. O, Türkiyənin iş adamlarını da yeni layihələrdə fəal iştirak etməyə çağırıb.

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan bildirib ki, Türkiyənin inşaat firmaları indiyədək Ukraynada 5,9 milyard dollar həcmində layihələrin həyata keçirilməsində iştirak ediblər. O, bu fəaliyyətin bundan sonra da davam edəcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır