DÜNYA

Tramp: "Güclü Dollar şirkətlərimizin rəqabət apara bilmələrini çətinləşdirir"
09 AVQUST
63

Tramp: "Güclü Dollar şirkətlərimizin rəqabət apara bilmələrini çətinləşdirir"

2019-08-09 09:30:00

ABŞ Prezidenti Donald Tramp, "Biz  dünyadakı ən yaxşı şirkətlərə sahibik, amma təəssüf ki, eynisini Fed üçün söyləyə bilməm mümkün deyil" deyib.

ABŞ Prezidenti Donald Tramp sosial media platforması "Twitter" vasitəsilə daha bir açıqlama verib. Fins.az-ın məlumatına görə  Tramp bildirib ki,"Bəziləri çox güclü dollarımızdan təsirləndiyimi düşünə bilər. Lakin təsirlənmədim. Fed-in yüksək faiz səviyyəsi digər ölkələrə müqayisə etdikdə dolları güclü saxlayır və bizim Caterpillar, Boeing, John Deere, avtomobil şirkətlərimizin və digər böyük istehsalçılarımızın bazarda rəqabət edə bilmələrini çətinləşdirir. Fed-in ciddi faiz endirimləri ilə dollar, şirkətlərimizin rəqabət edə bilmələrini mümkün edəcək. Biz açıq fərqlə dünyadakı ən yaxşı şirkətlərə sahibik, amma təəssüf ki, eynisini Fed üçün söyləyə bilməm mümkün deyil. Onlar hər addımımıza səhv dedilər və biz isə hələ qazanırıq. Əgər səhv deyil də doğru desəydilər, nə olardı, xəyal edə bilirsinizmi?" 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır