DÜNYA

Avropa İttifaqı ABŞ-dan gömrüksüz mal əti idxalını artıracaq
08 AVQUST
71

Avropa İttifaqı ABŞ-dan gömrüksüz mal əti idxalını artıracaq

2019-08-08 14:05:00

ABŞ Prezidenti Donald Trampın Avropadan idxal edilən avtomobillərə əlavə vergi qoymaq hədə-qorxusu Avropa İttifaqını  Amerikadan daha çox mal əti almağa məcbur edir.Fins.az xəbər verir ki,  Avropa İttifaqı  ilə ABŞ arasında 1980-ci illərin sonundan bəri mal əti idxalı ilə bağlı ixtilaf hökm sürürdü. Aİ rəsmi Vaşinqton ilə yeni bir ticarət münaqişəsinin qarşısını almaq üçün mal əti idxalını artırmaq qərarına gəlib. Başda Almaniya olmaqla, Avropa dövlətləri mal əti idxalındakı münaqişəni aradan götürərək ABŞ-ın Aİ avtomobillərinə əlavə gömrük vergisi tətbiq etməkdən daşınacağına ümid bəsləyir. Lakin Aİ-nin ABŞ-dan alacağı gömrüksüz mal ətinin idxalını artırmaqla bağlı müqaviləsində belə bir şərt qoyulmayıb.

Yeni müqaviləyə əsasən, qarşıdan gələn yeddi il ərzində ABŞ-dan gömrüksüz idxal edilən mal əti əhəmiyyətli miqyasda artırılaraq illik 35 min tona çatdırılacaq. Bununla da Aİ-nin Argentina və Uruqvay kimi ölkələrdən idxal etdiyi mal ətinin illik həcmi 10 min tona enəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır