DÜNYA

Dünyanın ən zəngin azərbaycanlısı 1 gündə 168 milyon dollar itirdi-SƏBƏB
07 AVQUST
969

Dünyanın ən zəngin azərbaycanlısı 1 gündə 168 milyon dollar itirdi-SƏBƏB

2019-08-07 21:17:00

Dünyanın ən zəngin azərbaycanlısı, Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov 168,47 milyon dollar sərvət itirib.

Fins.az xəbər verir ki, "Forbes” jurnalına istinadən xəbər verir ki, çərşənbə axşamı Vahid Ələkbərov üçün uğursuz gün olub. Dünya fond birjalarındakı gərginlik, “Lukoyl” şirkətinin səhmlərinin ucuzlaşması onu rekord pul itkisi ilə üzbəüz qoyub.

Hazırda Vahid Ələkbərovun 21,04 milyard dollar sərvəti var. 2019-cu ilin ilk günü onun sərvəti 20,7 milyard dollar təşkil edirdi. Bu göstərici ilə o, Rusiyanın 3-cü ən zəngin iş adamıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır