DÜNYA

Zelenski daha iki ölkə başçısı ilə danışmaq istəyir
07 AVQUST
161

Zelenski daha iki ölkə başçısı ilə danışmaq istəyir

2019-08-07 16:50:00

Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkellə Donbasdakı vəziyyətlə bağlı əlaqə yaratmaq niyyətində olduğunu açıqlayıb.Fins.az-ın məlumatına görə,  Zelenski bu barədə jurnalistlər keçirdiyi brifinqdə deyib.

Zelenski həmçinin “Normand formatı” çərçivəsində təcili görüş keçirmək istəyini dilə gətirib.

“Mənim ilk zəngim Rusiya Prezidenti Vladimir Putinə oldu. Türkiyədə olarkən isə Prezident Makrona edəcəyəm. Bu gün həmçinin Merkellə əlaqə saxlayıb, təcili görüş barədə razılaşmaq istəyirəm”, - Zelenski bildirib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır