DÜNYA

Britaniya Rusiya və İrana qarşı ittifaq yaradacaq
06 AVQUST
70

Britaniya Rusiya və İrana qarşı ittifaq yaradacaq

2019-08-06 10:41:00

Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab bildirib ki, Böyük Britaniya Avropa Birliyindən çıxdıqdan sonra Avropada olmayan ölkələrlə iqtisadi əlaqələri gücləndirmək, həmçinin Rusiya və İrana qarşı mübarizə üçün yeni bir koalisiya yaratmaq niyyətindədir.

Raab ümid edir ki, yeni ittifaq İranın təhdid dolu davranışlarına və Rusiyanın Avropadakı pozucu hərəkətlərinə cavab olacaq.

Eyni zamanda, ittifaq üzvləri terrorizmlə mübarizə və iqlim dəyişikliyinə qarşı mübarizəyə də öz töhfələrini verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır