DÜNYA

Bu bankın müştəriləri artıq "QR Kod" ilə mağazalarda ödəniş edə biləcək
05 AVQUST
208

Bu bankın müştəriləri artıq "QR Kod" ilə mağazalarda ödəniş edə biləcək

2019-08-05 14:52:00

"Sberbank" mağazalarda QR kod vasitəsi ilə ödəniş həyata keçirməklə bağlı xidmət istifadəyə verib. QR kod vasitəsi ilə ödəniş “SberBank”-ın “SberBank Onlayn” mobil əlavəsi vasitəsi ilə həyata keçirləcək. Fins.az “RBC”-ya istinadən xəbər verir ki, bu barədə bankdan açıqlama verilib. Açıqlamda bildirilir ki, bu xidmət 2019-cu ilin sonuna kimi bank tərəfindən aktivləşdirləcək.

QR kod vasitəsi ilə  ödəniş həyata keçirmək üçün “ Sberbank”-ın müştərisi  təqdim edilmiş mobil tətbiqdən istifadə edərək xüsusi olaraq göndərilmiş  QR kodunu skan edə biləcək, kassirlər isə öz növbəsində alış məlumatlarını hüquqi şəxslər üçün Sberbank Business Online korporativ tətbiqetməsində görəcəklər. Bankın bu xidməti aktiv etməsindən sonra  digər bankların da müştəriləri “Sberbank”-da göstərilən "QR ödəniş" xidmətindən istifadə etməyi üçün xidmət inkişaf etdiriləcək.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır