DÜNYA

Düyü istehsalı ilə bağlı açıqlama
05 AVQUST
134

Düyü istehsalı ilə bağlı açıqlama

2019-08-05 10:00:00

Cari ildə İranda düyü istehsalı artaraq 2,5 milyon tona çatacaq.Fins.az-ın  məlumatına görə, bunu İranın Kənd Təsərrüfatı Nazirliyinin taxıl və əsas məhsullar idarəsinin baş direktoru Fəramək Əzizkərimi deyib. F.Əzizkəriminin sözlərinə görə, İranın düyü ehtiyacı ildə 3 milyon tondur: "Hökumətin qərarına əsasən, çəltik əkini sadəcə Gilan və Mazandaran vilayətlərində ola bilər. Bu iki vilayət istehsal artımı ilə İranın daxili ehtiyacını təmin etməlidir”.

Qeyd edək ki, hazırda İranda 1 kq İran düyüsünün qiyməti 190-230 min rial (rəsmi məzənnə ilə 4,5-5,4 dollar, qara bazar məzənnəsi ilə 1,5-1,9 dollar) arasında dəyişir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır