DÜNYA

Putin iş adamlarının müdafiəsinə qalxdı
03 AVQUST
217

Putin iş adamlarının müdafiəsinə qalxdı

2019-08-03 13:01:00

Rusiya Prezidenti Vladimir Putin cinayət işi ilə bağlı aktiv istintaq işi aparılmadığı təqdirdə, sahibkarların həbsini uzatmağı qadağan edən qanun imzalayıb.

Fins.az Rusiyada hüquq məlumatlarının yayımlandığı portalda yerləşdirilən xəbərdə belə deyilir.

Qeyd edilir ki, istintaq qrupu ittiham olunan iş adamını həbsdə saxlamaq üçün əsas gətirməli olacaq. Həbsin müddəti isə istintaq işinin həcmindən asılı olmalıdır.

İstintaqdan qaçmağa çalışmadığı və daim ölkə ərazisində yaşadığı halda, həbsinə icazə verilməyən şəxslərin də siyahısının təsdiqləndiyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır