DÜNYA

Meyvə-tərəvəz üçün ƏDV dərəcəsi 10 faizə endiriləcək
22 İYUL
140

Meyvə-tərəvəz üçün ƏDV dərəcəsi 10 faizə endiriləcək

2019-07-22 17:25:00

Rusiya Federasiyasının Maliyyə naziri İlya Trunin bildirib ki, parlamentdə əlavə dəyər vergisinin (ƏDV) dərəcəsi 20 faizdən 10 faizə endirilmək üçün müzakirə edilən meyvə-tərəvəzin siyahısı kifayət qədər uzundur. Fins.az xəbər verir ki, nazirin sözlərinə görə, "banan və sair" kimi Rusiyada yetişdirilməyən bir çox sitrus meyvələri bu siyahıya salınmamalıdır, çünki parlamentə təqdim edilmiş qanun layihəsi "yerli istehsalı dəstəkləmək məqsədi daşıyır". Qeyd edək ki, Rusiya Federasiyasında bu ilin əvvəlindən ƏDV-nin dərəcəsi 18 faizdən 20 faizə qaldırılıb. Bir neçə gün bundan əvvəl isə Baş nazir Dmitri Medvedyev bildirib ki, həmin verginin dərəcəsi meyvə-tərəvəz üçün 10 faizə endiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır