DÜNYA

Zelenskinin partiyası təkbaşına hökümət qura biləcək ?- SEÇKİNİN NƏTİCƏLƏRİ
22 İYUL
108

Zelenskinin partiyası təkbaşına hökümət qura biləcək ?- SEÇKİNİN NƏTİCƏLƏRİ

2019-07-22 10:57:00

Protokolların 35,51%-i nəzərdən keçirildikdən sonra Ukraynada Ali Radaya növbədənkənar seçkilərdə Vladimir Zelenskinin partiyası həm partiya siyahısı, həm də birmandatlı dairələr üzrə liderlik edir.  Fins.az xəbər verir ki, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasına (MSK) istinadla “RBC” agentliyi xəbər verir. Hal-hazırda “Xalqın xidmətçisi” partiyasının namizədləri 199 birmandatlı dairənin 120-də birinci yerdə qərarlaşıb. Zelenskinin partiyası partiya siyahılarına görə daha 121 mandat (225 yerdən) əldə edir. Yəni, “Xalqın xidmətçisi” yeni çağırışda Ali Radada 241 yerə iddialıdır. Bülletenlərin hamısı araşdırıldıqdan sonra partiya üstünlüyünü əldən verməsə, Zelenski və komandası başqa partiyalarla koalisiya yaratmadan təkbaşına hökumət formalaşdıra biləcək. Ukraynada parlament seçkiləri qarışıq partiya sistemi ilə keçirilir: 424 deputatdan 225-i partiya siyahısı üzrə, 199-u isə majoritar qaydada seçilir.

Radaya keçmək üçün partiyalar 5%-lik baryeri aşmalıdır. Ekzitpolların və MSK-nın məlumatına əsasən, beş partiya parlamentə keçidini təmin edib. Zelenskinin partiyasından başqa Rusiya prezidentinin havadarlıq etdiyi Viktor Medvedçuk və sabiq vitse-baş nazir Yuri Boykonun başçılıq etdiyi “Müxalif platforma – Həyat uğrunda”, keçmiş prezident Petr Poroşenkonun “Avropa həmrəyliyi” partiyası və Yuliya Timoşenkonun “Batkivşina” partiyası parlamentdə təmsil oluancaq. Bundan başqa, “Okean Elzı” musiqi qrupunun vokal ifaçısı Svyatoslav Vakarçukun təsis etdiyi “Səs” partiyası da 5%-lik baryeri aşa biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır