DÜNYA

FED rəsmisindən faiz endirimi ilə bağlı növbəti AÇIQLAMA
19 İYUL
172

FED rəsmisindən faiz endirimi ilə bağlı növbəti AÇIQLAMA

2019-07-19 16:41:00

FED-in Nyu York şəhəri üzrə təmsilçisi Williams cümə axşamı günü çıxışında 1% endirim ediləbiləcəyini  nəzərdə tutmadığını bildirib. Fins.az-ın "Bloomberg"-ə istinadən verdiyi məlumata görə, FED təmsilçisi Nyu Yorkdakı akademik konfransda təqdim etdiyi çıxışda siyasət yönləndirənlərin tarixi aşağı səviyyədə faizin yaxın zamanda sıfıra enərək böyüməyi təşviq etmək üçün daha az imkanı yönündəki gözləntiləri nəzərə alaraq  mümkün zəifliklərlə  daha tez üzləşməsinin lazım olduğunu bildirib. Williams  FED-in Nyu York  şöbəsində Mərkəzi Bank araşdırma birliyi illik toplantısında  “Mənfi iqtisadi şərtlərlə qarşılaşıldığı zaman sürətli hərəkət edər və faizləri endirəcəyimiz təqdirdə uzun müddət aşağı səviyyədə saxlayırıq” deyib.FED-in Nyu York  şəhəri üzrə sədrinin bu çıxışı FED-in 30-31 iyulda keçirilməsi nəzərdə tutulan toplantısında 25 baza fazinin əvəzinə 5 baza faizi endirəcəyi ilə bağlı qiymətləndirmə fikirlərini artırıb

Nyu York üzrə FED sözçüsü “Bu 20 illik bir araşdırma ilə bağlı akademik çıxışdır. Bunda sonraklı FOMC iclasında atıla biləcək mümkün siyasət addımı ilə bağlı deyil ” deyə bildirb.

Müəllif:Aynur Qəniyeva 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır