DÜNYA

Almaniya və ABŞ bu proqramı milli təhlükəsizliklərinə zərbə adlandırır
19 İYUL
119

Almaniya və ABŞ bu proqramı milli təhlükəsizliklərinə zərbə adlandırır

2019-07-19 15:32:00

Almaniya hökumətinin məlumatların qorunması məsələləri üzrə səlahiyyətli nümayəndəsi Ulrix Kelber Rusiyanın “Vireless Lab” şirkətinin yaratdığı “FaceApp” tətbiqindən istifadə etməməyi məsləhət görüb. Fin.az-ın  "RİA Novosti" -yə istinadən verdiyi məlumat görə, U.Kelberin bildirib ki,  proqramın istifadəsi istifadəçilərin şəxsi məlumatlarının arzuolunmaz şəxslərin əlinə keçməsinə səbəb ola bilər.

“FaceApp”ın istifadə şərtləri sona qədər aydın deyil. Proqramın arxasında kimlərin dayana biləcəyi düşüncəsi ehtiyatlı olmağa sövq edir”, - Kelber bildirib.Qeyd edək ki, bir qədər əvvəl ABŞ-da da sözügedən proqram tənqid edilmiş və ölkənin milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirilmişdi.

Məsələyə proqramın yaradıcısı Yaroslav Qonçarov da münasibət bildirib və məlumatların üçüncü tərəfə ötürülməsi ilə bağlı informasiyaların yanlış olduğunu deyib.“Hazırda bizim məlumat mərkəzimizə müraciət edən insanların əksəriyyəti fotolarının silinməsini tələb edirlər. Ciddi basırıqlıq yaranıb. Amma bu, bizim üçün prioritet məsələdir”, - deyə Qonçarov bildirib.

O, həmçinin əlavə edib ki, məlumatların üçüncü tərəfə ötürülməsi müzakirə mövzusu deyil: “FaceApp” üzərində iş görülən fotoların böyük hissəsini “buludlar”da saxlayır. Biz sadəcə istifadəçinin redaktə üçün seçdiyi fotoları yükləyirik. Heç vaxt əlavə hansısa fotonu götürmürük. Yüklənən şəkillər isə 48 saat ərzində serverlərimizdən silinir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır