DÜNYA

Zelenski rusiyalı jurnalistə qarşılıq olaraq ukraynalı rejissoru istədi
19 İYUL
158

Zelenski rusiyalı jurnalistə qarşılıq olaraq ukraynalı rejissoru istədi

2019-07-19 15:23:00

“Moskva Rusiyada saxlanılan ukraynalı dənizçiləri mübadiləsiz azad etməlidir”. Fins.az xəbər verir ki, bu bəyanatla Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.Dövlət başçısı həmçinin qeyd edib ki, rəsmi Kiyev eyni zamanda “RİA Novosti-Ukraina” agentliyinin baş redaktoru Kirill Vışinski və ukraynalı rejissor Oleq Sentsovun azadlığa  buraxılmasına hazırdır:“Cənab Vişinskiyə münasibətdə - əgər bu, ilk normal addımlardısa, bu cür şərait varsa, o zaman biz hazırıq. Əgər istəyirsinizsə, gəlin biz sizə cənab Vışinskini, sizsə bizə cənab Sentsovu təhvil verin”.

Bundan başqa, o bildirib ki, Ukrayna bütün siyasi məhbusları almaq istəyir və Vişinskinin mübadiləsi bu yolda ilk addım ola bilər.Xatırladaq ki, 2018-ci il noyabrın 25-də Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmi Rusiya sərhədlərini pozması iddiası ilə girov götürülüb.28 noyabrda Simferopol məhkəməsi saxlanılan 24 ukraynalının hamısı barədə həbs qərarı çıxarıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır