DÜNYA

Gülnarə Kərimovanı həbsxanadan “təcili yardım”la çıxarıb apardılar
18 İYUL
210

Gülnarə Kərimovanı həbsxanadan “təcili yardım”la çıxarıb apardılar

2019-07-18 22:27:00

Özbəkistanın ilk prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbsdə saxlanıldığı ümumi rejimli koloniyadan təcili yardım maşını ilə çıxarılıb.

Fins.az "Virtual Azərbaycan"-a istinadən  xəbər verir ki, bunu özünün “Twitter” mikrobloqunda vəkil Qrequar Manja yazıb.

Onun sözlərinə görə, vəkil Daşkənd vilayətinin Zangiat rayonundakı 21 saylı ümumi rejimli qadın koloniyasının dəhlizində altı saat ərzində müştərisi ilə görüşü gözləməli olub. Nəticədə, görüşə icazə verilməyib, bununla bərabər, vəkilin gözlədiyi vaxt ərzində koloniyanın ərazisini bir neçə təcili yardım maşını tərk edib.

Etibarlı mənbəyə istinadla Manja iddia edir ki, avtomobillərdən birində Kərimova olub. Onun səhhəti ilə bağlı hər hansı məlumat vəkildə yoxdur. Onda olan məlumata görə, Kərimovanın olduğu koloniyada son bir neçə həftə ərzində “ən azı iki qadın” dünyasını dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır