DÜNYA

Jirinovskinin Türkiyə ilə bağlı şok proqnozu reallaşır
15 İYUL
413

Jirinovskinin Türkiyə ilə bağlı şok proqnozu reallaşır

2019-07-15 17:07:00

S-400-lərin Türkiyəyə tədarükündən sonra Rusiya-Türkiyə münasibətlərinin gələcəyinə dair müxtəlif proqnozlar yayılmağa başlayıb.Fins.az xəbər verir ki, bu proqnozlar arasında diqqəti daha çox çəkən Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin bir neçə il öncə səsləndirdiyi ifadələr olub.

V.Jirinovskinin Türkiyə-Rusiya yaxınlaşması ilə bağlı bir neçə il öncə səsləndirdiyi ifadələri yenidən gündəmə jurnalist Dmitri Smirnov gətirib. D.Smirnov öz Tvitter səhifəsində Jirinovskinin çıxışının 2016-ci ilə aid olduğunu xatırladıb və burada onun Türkiyənin Rusiyaya Belarus, Qırğızıstan və hətta Ermənistandan da yaxın olacağını dediyini vurğulayıb: “Cəmi üç il keçib, amma Jirinvoskinin sözləri artıq qeyri-real görünmür”.

Qeyd edək ki, həmin çıxışında Jirinovski Türkiyənin, həmçinin NATO-dan çıxacağını və Şanxay Əməkdaşlıq Təşkilatı ilə Gömrük İttifaqına üzv olacağını bildirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır