DÜNYA

ABŞ-ın xam neft ehtiyatları ilə bağlı göstəricilər açıqlanıb
11 İYUL
111

ABŞ-ın xam neft ehtiyatları ilə bağlı göstəricilər açıqlanıb

2019-07-11 14:38:00

Fins.az-ın məlumatına görə, ABŞ Enerji Məlumatları İdarəsi ötən həftə xam neft ehtiyatlarının 9.5 milyon barrel azalaraq 459 milyon barrelə çatdığını və bunun son on iki ayın ən aşağı göstəricisi olduğunu deyib. Qeyd edək ki, xam neft ehtiyatlarının həcmi artıq dörd həftədir ki azalmağa doğru gedir. Benzin ehtiyatları isə 1.5 milyon barrel azalıb.

Bu göstəricilərin açıqlanmasından sonra ABŞ-ın neft gəlirləri 3% artaraq hər barrelə görə 59.59 ABŞ dolları olub. “Brent” markalı xam neftin qiyməti də artaraq 66.06 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Digər tərəfdən isə, xam neft emalı artaraq gündəlik 17.4 milyon barrelə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır